TƏBİB Şəmkirdəki kütləvi zəhərlənmə ilə bağlı məlumat yaydı

10:17 - 16 İyul 2026 - Cəmiyyət

Ötən gün zəhərlənmə şübhəsi ilə doqquz qadın, iki kişi Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib.

Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.

Xəbər xətti