Argentina Britaniyaya nota verdi

07:42 - 16 İyul 2026 - DÜNYA

Argentina Xarici İşlər Nazirliyi Cənubi Amerika ölkəsinin özününkü hesab etdiyi suları keçən hərbi gəmi ilə bağlı Britaniyaya etiraz notası göndərib.

Ucnoqta.az xəbər verir ki, Argentina Xarici İşlər Nazirliyinin məlumatına görə, gəmi ikitərəfli müqavilələrin tələb etdiyi kimi, Britaniya tərəfindən müvafiq bildiriş verilmədən Argentinanın ərazi sularından keçib.

Nazirlik bildirib ki, Argentina hökuməti Britaniya hərbi qüvvələrinin Argentinanın yurisdiksiyası altındakı ərazilərə müdaxiləsini qətiyyətlə pisləyir.

Cənub-qərbi Atlantik okeanında yerləşən Folklend adaları 200 ildir ki, Argentina ilə Birləşmiş Krallıq arasında ərazi mübahisəsinin mövzusudur.

1982-ci ilin aprelində iki ölkə arasında silahlı münaqişə baş verib. Cənubi Amerika respublikası iki ay yarım davam edən döyüşlərdə 649 əsgərini itirərək məğlubiyyətə uğrayıb. Britaniya tərəfi 255 itki verdi.

Xəbər xətti