Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı

12:11 - 29 İyun 2026 - DÜNYA

Pakistanın Əfqanıstana gecə ərzində endirdiyi bir neçə hücumda 30-dan çox insan həlak olub, daha 163 nəfər yaralanıb.

Ucnoqta.az bildirir ki, bu barədə Əfqanıstan hökumətinin sözçüsünün müavini Həmdullah Fitrat X-də yazıb.

Fitratın sözlərinə görə, Pakistan qüvvələri gecə Paktiya, Paktika və Kunar əyalətlərindəki kəndlərə zərbələr endirib. Ən çox mülki şəxs itkisi ölkənin şərqindəki Paktiya əyalətindəki bir kəndə edilən hücum nəticəsində baş verib. Zərbələr həmçinin mal-qaranın ölümünə və üç evin tamamilə dağılmasına səbəb olub.

Xəbər xətti