Kanadada turist qayığı batıb

11:16 - 29 İyun 2026 - DÜNYA

Britaniya Kolumbiyasında batmış əyləncə qayığından altı nəfərin tapılması üçün xilasetmə əməliyyatı davam edir.

Ucnoqta.az bildirir ki, CTV bu barədə məlumat verib.

Kanalın məlumatına görə, qayıq bazar günü Riçmond sahillərində batıb. Gəmidə 10 nəfər olub, onlardan dördü xilas edilib, qalanlarının axtarışı isə davam edir. Axtarış işlərinə Kanada Kral Hərbi Hava Qüvvələrinin helikopterləri və təyyarələri də cəlb olunub.

Qayığın batma səbəbi araşdırılır.

Xəbər xətti