Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Saat 11:00-da ...

10:01 - 29 İyun 2026 - Xəbər

29 iyun 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Ucnoqta.az xəbər verir ki, namizədlər 6 iyul 2026-cı il saat 17:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.

Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Müsabiqənin nəticələri ilə hər bir namizəd “Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək.

Xəbər xətti