Bəzən görürük ki, kafe və restoranlarda uşaqları ofisiant kimi işlədirlər.
Ucnoqta.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən birgə iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zaman deyib.
Deputat bildirib ki, uşaqların işlədilməsinin qarşısı alınmalıdır: “Bəzən uşaqlar yaşlarını gizlədirlər. bəzən də elə hallar olur ki, ailədən yalnız uşaq işləyir. Biz birgə bu cür halların qarşısını almalıyıq”.