Belçika Ukraynaya silah alışı üçün 100 milyon avro ayırıb

12:19 - 21 Aprel 2026 - DÜNYA

Belçika PURL proqramı çərçivəsində ABŞ-dan Ukraynaya silah alışı üçün 100 milyon avro ayırmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, AB Şurasının Mətbuat Xidmətinin yaydığı məlumata görə, bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevost Lüksemburqda keçirilən AB Xarici İşlər Nazirlərinin görüşündə çıxış edərkən bildirib. 

"Belçika PURL proqramı çərçivəsində Ukraynaya hərbi yardım üçün əlavə 100 milyon avro ayırıb", - deyə o bildirib.

Xəbər xətti