AFFA-dan "Neftçi"yə ağır cəza

12:05 - 21 Aprel 2026 - İDMAN

AFFA İntizam Komitəsiinin iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki, bİntizam Komitəsi "Neftçi" klubunu 26200 manat cərimələyib.

Bildirilir ki, Misli Premyer Liqasında XXVIII turun “Zirə” – “Neftçi” oyununda “Zirə” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilib.
Həmçinin, oyununun 90+6-cı dəqiqəsində “Zirə” komandasının məşqçisi Ağabala Ramazanov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Zirə” komandası 2000 manat cərimə edilib.

 “Zirə” – “Neftçi” oyunu bitdikdən sonra stadion ərazisində hakimə məxsus avtomobilə zərər vurulduğuna və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” komandası 3000 manat cərimə edilsin. Dəymiş zərər “Zirə” komandası tərəfindən qarşılansın.
 
“Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilib.
 
Oyunun 90+8-ci dəqiqəsində “Neftçi” komandasının baş məşqçisi Yuri Vernidub hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 5000 manat cərimə edilsin.
 
 “Zirə” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” komandasının məşqçisi Dmitro Kara Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 5000 manat cərimə edilsin.
 
Oyunun 90+5-ci dəqiqəsində “Neftçi” komandasının 33 nömrəli futbolçusu Breno Almeyda birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 3000 manat cərimə edilsin.
 
Azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 7-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilsin.
 
 “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 4500 manat cərimə edilib
 
17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Araz-Naxçıvan” komandası 5000 manat cərimə edilsin.
 
17 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVIII turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin.

Xəbər xətti