Trampın seçki qələbəsindəki roluma görə peşmanam - Məşhur jurnalist

10:39 - 21 Aprel 2026 - DÜNYA

Amerikalı jurnalist Taker Karlson ABŞ prezidenti Donald Trampın yenidən hakimiyyətə gətirilməsindəki roluna görə uzun müddət peşmançılıq çəkəcəyini etiraf edib.

Ucnoqta.az xəbər verir ki, Karlson bu barədə özünün "Tucker Karlson Şousu" adlı proqramında danışıb. Karlson bildirib ki, çünki onun siyasəti ölkəni fəlakətə aparır.

"Biz buna töhfə verdik. Onu dəstəkləyən hər kəs onun çıxışlarını yazdı. Hamımızın bunda əli var idi. Və sadəcə fikrinizi dəyişdiyinizi demək kifayət deyil. Siz, mən, onu dəstəkləyən milyonlarla insan indi bunun baş verməsinin səbəbkarıdır. Düşünürəm ki, peşmançılıq hiss etməyin vaxtıdır. Bu, məni də daxil olmaqla, uzun müddət bizi narahat edəcək. Və insanları yanıltdığım üçün dərin təəssüf hissi keçirirəm", - deyə Karlson bildirib.

Xəbər xətti