Gəncədə qəza - sürücü öldü

09:37 - 4 Mart 2026 - ÖLKƏ İÇİ

Gəncədə qəza hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, 1961-ci il təvəllüdlü Nəriman Hacıyev idarə etdiyi “VAZ-21150” markalı avtomobillə hərəkətdə olarkən avtomobilin sağ arxa təkəri dəmir yolu xəttinə dəyib.

Hadisə nəticəsində sürücü idarəetməni itirərək qəza törədib. Nəriman Hacıyev hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər xətti