Hərbi əməliyyatlar psixoloji olaraq neft qiymətlərini artırır

15:41 - 2 Mart 2026 - İQTİSADİYYAT

Dünyada, elə bizdə də bəziləri neft qiymətlərinin artmasına sevinir, bəziləri, əksinə, bu xəbərlərdən narahat olur – amma, iqtisadiyyat, o cümlədən neft qiymətlərin sevinc-kədər kimi emosiyalarla formalaşmır, fundamental səbəblər, trendlər, orta-uzun müddətə olan proqnozlarla izah olunur.

Ucnoqta.az xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli bildirib. Natiq Cəfərlinin sözlərinə görə, dünyada neft bolluğu var:
"Dünən OPEC+ aprel ayından yenə hasilatı artırmaqla bağlı qərar verdi, yəni, fundamental səbəblər qiymətin enəcəyi yönündədədir. Təbii ki, geosiyasi gərginliklər, neft hasilatı və daşınması ilə bağlı bölgədə hərbi əməliyyatlar psixoloji olaraq qiymətləri artırır. Amma, səhər saatlarında 80 dolları keçən qiymət, indi 78 dollara geri döndü – bazar, birja qısa müddətli emosional davransa da, qalıcı trendləri formalaşdırmaq üçün təməl məsələlərə önəm verir".

İqtisadçı qeyd edir ki, İranla anlaşma olacaq, İran da, Venesuela kimi neft bazarına geri dönəcək:
"Ona görə də, emosialar yatanda, anlaşmalar baş verəndə qiymətlərdə enmə müşahidə olunacaq. Bu ilin yayına qiymətlər, çox güman, 55-60 dollar koridoruna yerləşəcək..."

Xəbər xətti