Parisdə keçirilən "könüllülər koalisiyası"nın iclasında iştirak edən İtaliyanın Baş naziri Giorgia Meloni onun nəticələrindən məmnunluğunu ifadə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə açıqlamada deyilir.
Meloni həmçinin İtaliyanın öz qoşunlarını Ukraynaya göndərməyəcəyini təsdiqləyib.
"Koalisiya ölkələrinin çoxmillətli qüvvələrdə könüllü iştirakı və qəbul edilmiş bəyannamədə göstərildiyi kimi, gələcək hücum halında Ukraynaya dəstək qərarı vermək üçün konstitusiya prosedurlarına riayət edilməsi İtaliya tərəfindən dəfələrlə ifadə edilən prinsipləri əks etdirir" - Müzakirə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin dəqiqləşdirilməsinə yönəlib.
Bəyanatda əlavə olunur ki, görüş Ukrayna, ABŞ, Avropa və digər tərəfdaşlar arasında yüksək səviyyədə razılaşmanı təsdiqləyib.