Tramp Kaliforniyada fırıldaqçılıqla bağlı araşdırma elan edib

18:22 - 6 Yanvar 2026 - Xəbər

Minnesota ştatının dövlət proqramlarından vəsaitlərin mənimsənilməsi ilə bağlı qalmaqaldan sonra ABŞ Prezidenti Donald Tramp Kaliforniyada fırıldaqçılıq iddiası ilə bağlı araşdırmanın başlandığını elan edib.

Ucnoqta.az xəbər verir ki, o, "Truth Social"da yazıb.

"Qubernator Qevin Nyusomun rəhbərliyindəki Kaliforniya, əgər mümkündürsə, Minnesotadan daha korrupsiyalaşıbmı? Kaliforniyada fırıldaqçılıqla bağlı araşdırma başlanıb".

O, iddia edilən konkret cinayəti açıqlamayıb.

Xəbər xətti