Suriya və İsrailə sərhəddə iqtisadi zona yaratmaq təklif edilir

22:42 - 6 Yanvar 2026 - DÜNYA

ABŞ İsrail və Suriya arasındakı sərhəddə silahsızlaşdırılmış iqtisadi zona yaratmağı təklif edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Axios mənbələrə istinadən məlumat verib.

Onların məlumatına görə, ABŞ İsrail və Suriyaya sərhədin hər iki tərəfində birgə iqtisadi zona yaradacaq təhlükəsizlik sazişi üçün yeni bir təklif təqdim edib.

Portalın izah etdiyi kimi, ABŞ administrasiyasının rəsmiləri bu təklifi çərşənbə axşamı Parisdə ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak, ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin iştirak etdiyi danışıqlar zamanı irəli sürüblər.

Xəbər xətti