Çinli geoloqlar Zhurong roverindən əldə edilən məlumatları araşdıraraq 750 milyon il əvvəl Marsın səthində suyun hələ də mövcud olduğunu müəyyən ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua xəbər agentliyi məlumat verib.
Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun alimləri tərəfindən aparılan bir araşdırma göstərib ki, Qırmızı Planetdə əvvəllər düşünüləndən bir neçə yüz milyon il daha uzun müddət nisbətən çox miqdarda su mövcuddur.
Rover tərəfindən əldə edilən məlumatlar göstərir ki, onun eniş yeri 4 metr qalınlığında vahid çöküntü təbəqəsi ilə örtülüdür və bunun altında kraterlər var.
Məlumata görə, hərtərəfli təhlil göstərir ki, 750 milyon il əvvəl eniş yerində hələ də sabit su fəaliyyəti mövcud olub.///tass