Yanvarın 28-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin səkkizinci turu çərçivəsində keçiriləcək “Liverpul” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.
Ucnoqta.az xəbər verir ki, biletlərin qiymətləri 61 funt sterlinqə (təxminən 140 AZN) qədərdir. Ən ucuz biletin qiyməti 9 funt sterlinq (təxminən 21 manat) təşkil edir.
Qeyd edək ki, 61 min azarkeş tutumuna malik “Enfild” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.