İndoneziyada daşqınlarda ən azı 14 nəfər ölüb

10:10 - 6 Yanvar 2026 - DÜNYA

İndoneziya ştatının Şimali Sulavesi əyalətində baş verən qəfil daşqınlarda ən azı 14 nəfər ölüb

Ucnoqta.az Reuters-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 18 nəfər yaralanıb, daha dörd nəfər itkin düşüb.

Hakimiyyət orqanları ən azı 444 sakini yerli məktəblərə və kilsələrə təxliyə etmək məcburiyyətində qalıb. Dağıntı və palçıqla bağlanmış yolları təmizləmək üçün hadisə yerinə ekskavatorlar da göndərilib.

Xəbər xətti