ABŞ bazar ertəsi günü Venesuelanın paytaxtı Karakasdakı prezident sarayının yaxınlığında baş verən atışma ilə bağlı məlumatları izləyir.
Ucnoqta.az xəbər verir ki, NBC News bu barədə Vaşinqtonun iştirak etmədiyini iddia edən adları açıqlanmayan ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.
"Administrasiya Venesuelada baş verən atışma ilə bağlı məlumatları diqqətlə izləyir. ABŞ-nin burada iştirakı yoxdur", - deyə telekanal iki adları açıqlanmayan ABŞ rəsmisinə istinadən bildirib.