Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp Kremlin Ukraynanın Rusiya diktatoru Vladimir Putinin iqamətgahına hücum etdiyinə dair iddialarına şübhə ilə yanaşdığını bildirib.
Ucnoqta.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Tramp Floridadan Vaşinqtona uçuş zamanı jurnalistlərə bildirib ki, o, bütün mümkün hücumların iqamətgahla əlaqəsi olmadığına əmindir.
"Mən belə bir hücumun baş verdiyinə inanmıram. Yaxınlıqda nəsə baş vermiş ola bilər, amma bu, iqamətgahla əlaqəli deyildi", Tramp deyib.