Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ-ın ada ilə bağlı "təkrarlanan ritorikasını" hörmətsizlik və qəbuledilməz hesab edir. Vaşinqtonu təzyiqi, eyhamları və "ilhaq xəyallarını" dayandırmağa çağırdı.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.
"Biz nəsillər boyu ABŞ-ın yaxın və sadiq dostu olmuşuq, çətin anlarda çiyin-çiyinə dayanmışıq. Buna görə də ABŞ-nin təkrarlanan ritorikası tamamilə qəbuledilməzdir. ABŞ prezidenti Qrenlandiyanı istəməkdən və bizi Venesuela və hərbi müdaxilə ilə əlaqələndirməkdən danışanda bu, sadəcə səhv deyil, hörmətsizlikdir."
Nilsen vurğulayır ki, ada böyük güc ritorikasının obyekti deyi", xüsusən də yaxın dostlar tərəfindən hörmət edilməli olan bir xalq və demokratiyadır.
Adanın baş nazirinin sözlərinə görə, Qrenlandiya xalqı "dialoqa açıqdır".
"Biz müzakirələrə açıqıq. Lakin bunlar düzgün kanallar vasitəsilə və beynəlxalq hüquqa uyğun olaraq aparılmalıdır", - deyə o əlavə edib.