Bu gün Azərbaycanda qısa iş günüdür

10:50 - 30 Dekabr 2025 - ÖLKƏ İÇİ

Bu gün Azərbaycanda qısa iş günüdür.

Ucnoqta.az xəbər verir ki, bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb.

Belə ki, sabahdan ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunacaq.

Qanunvericiliyə görə, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Qeyd edək ki, sabahdan Azərbaycanda 5 günlük tətil başlayır. Yanvarın 5-i yeni ilin ilk iş günüdür.

Xəbər xətti