Putin İlham Əliyevi təbrik etdi (YENİLƏNİB)

11:05 - 24 Dekabr 2025 - SİYASƏT

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Ucnoqta.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyinizlə Azərbaycan sosial və iqtisadi sahələrdə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqelərini ardıcıl olaraq möhkəmləndirir.

Ölkələrimiz arasında münasibətlər möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Əminəm ki, bu münasibətlər bundan sonra da strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcək, bu da şübhəsiz ki, Rusiya və Azərbaycan xalqlarının mənafelərinə cavab verir.

Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı, firavanlıq və uğurlar arzulayıram. Ən səmimi salamlarımı ailənizə çatdırmağı xahiş edirəm".

10:34

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Ucnoqta.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Putin Moskva ilə Bakı arasında münasibətlərin dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmətə əsaslandığını qeyd edərək, onların strateji tərəfdaşlıq və əməkdaşlıq ruhunda inkişaf edəcəyinə əminliyini bildirib.

Rusiya Prezidenti həmçinin İlham Əliyevə cansağlığı, firavanlıq və uğurlar arzulayıb və ailəsinə salamlarını çatdırmasını xahiş edib.

Xəbər xətti