Saatlıda 92 və 89 yaşlı ər-arvad dəm qazından boğuldu

09:52 - 24 Dekabr 2025 - ÖLKƏ İÇİ

Saatlıda ər-arvad dəm qazından boğularaq ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə Qara Nuru kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri - 1933-cü il təvəllüdlü İbrahim Hüseyn oğlu İsmayılov və arvadı, 1936-cı il təvəllüdlü Pəri Edil qızı İsmayılova yaşadıqları evdə dəm qazından zəhərlənərək həyatlarını itiriblər.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti