The New York Times (NYT) milli təhlükəsizliyə ciddi təhdid yaradır və onun yalan məlumatların yayılmasının qarşısı alınmalıdır.
Ucnoqta.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.
"The New York Times-ın uğursuzluğu, yalanları və faktların qəsdən təhrif edilməsi ölkəmizin milli təhlükəsizliyinə ciddi təhdid yaradır" - Ağ Ev rəhbəri qeyd edib.
Tramp qeyd edir ki, yanlış məlumatlar ehtiva edən məqalələr dayandırılmalıdır.