"Qarabağ"ın Premyer Liqada "Arax-Naxçıvan" ilə keçirəcəyi oyunun biletləri bu gün satışa çıxır
Ucnoqta.az xəbər verir ki, Premyer Liqanın XV turunda "Araz-Naxçıvan" ilə oyunun biletləri bu gün saat 13:00-dan etibarən satışda olacaq
Satış məntəqələri:
iTicket.az-da onlayn satış;
Oyun günü isə iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassası;
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.