Rusiya regionları üzərində 90 PUA vurulub

08:45 - 12 Dekabr 2025 - DÜNYA

Gecə ərzində hava hücumundan müdafiə qüvvələri Rusiya bölgələri üzərində 90 Ukrayna pilotsuz təyyarəsini vurub.

Ucnoqta.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat verib.

Məlumata gğrə, Bryansk vilayəti üzərində 63 pilotsuz təyyarə, Yaroslavl vilayəti üzərində səkkiz pilotsuz təyyarə, Moskva vilayəti üzərində dörd pilotsuz təyyarə, Smolensk və Tver bölgələri və Qara dəniz üzərində hər biri üç pilotsuz təyyarə, Tambov və Tula bölgələri üzərində hər biri iki pilotsuz təyyarə, Orel və Rostov bölgələri üzərində isə bir pilotsuz təyyarə vurub.

Xəbər xətti