Messi 2026-cı il Dünya Kubokunda oynamaq istəyir

10:58 - 28 Oktyabr 2025 - İDMAN

"İnter Mayami" və Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il Dünya Kubokunda iştirak etmək istəyir.

Ucnoqta.az xəbər verir ki, Messinin açıqlamasını "Mundo Deportivo" qəzeti yayıb.

"Düzünü desəm, Dünya Kubokunda oynamaq inanılmaz dərəcədə gözəl olardı. Mən formada olmaq və milli komandada mühüm rol oynamaq istərdim", - deyə o bildirib. "Əlbəttə ki, çox həyəcanlıyam, çünki bu, Dünya Kubokudur.

Biz son turnirdə qalib gəldik və titulumuzu qorumaq əla olardı. Milli komandada, xüsusən də rəsmi turnirdə oynamaq xəyaldır".

38 yaşlı Messi 2023-cü ildən bəri "İnter Mayami"də oynayır.

Xəbər xətti