İsrail Fələstin Milli Hakimiyyəti (FHH) üçün nəzərdə tutulan 3 milyard dollardan çox vergi və gömrük gəlirlərini saxlayır.
Ucnoqta.az xəbər verir ki, Fələstin Baş naziri Məhəmməd Mustafa bunu "Əşarq əl-Əvsat" qəzetinə verdiyi müsahibədə açıqlayıb.
O, İsrail son altı ay ərzində heç bir vəsait köçürməyib, yəni İsrailin topladığı yığılmış məbləğ 3 milyard dolları keçib ifadəsini işlədib.
Mustafa vurğulayıb ki, İsrailin bu vəsaitləri saxlaması işçilərin maaşlarının ödənilməsinə, özəl sektora ödənişlərə və bank əməliyyatlarına mane olur.
Fələstin Baş naziri həmçinin bildirib ki, ABŞ problem barədə məlumatlandırılıb və yardım göstərəcəyinə söz verilib.