Ermənistan hakimiyyəti Azərbaycan prezidenti İlham Əliyevi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı 2026-cı ilin may ayında Yerevanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etməyə dəvət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Biz Azərbaycan və Türkiyəni sammitdə ən yüksək səviyyədə iştirak etməyə dəvət etdik və hazırda bunu sənədləşdiririk" -xarici işlər naziri Ararat Mirzoyan brifinqdə deyib.
Xatırladaq ki, Avropa Siyasi Birliyinin (ASB) növbəti, sayca 8-ci sammiti 2026-cı il mayın 4-də Ermənistanda keçiriləcək.