Prezident bu ölkələrdəki səfirləri geri çağırdı

16:26 - 27 Oktyabr 2025 - SİYASƏT

Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

***

Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras Respublikasında, Kolumbiya Respublikasında, Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Panama Respublikasında və Peru Respublikasında səfiri vəzifəsindən geri çağırılıb.

Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Xəbər xətti