Qarabağ separatçılarının komandiri olan general ev dustaqlığına buraxıldı

00:16 - 28 Oktyabr 2025 - Xəbər

Qarabağ separatçılarının komandiri Mikael Arzumanyan üç ildən çox həbsdə qaldıqdan sonra Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə vəkili Yerem Sarkisyan bildirib.

"Ermənistan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Vardges Sarkisyanın qərarı ilə general-leytenant Mikael Arzumanyan haqqında məhkəməyəqədərki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib", Sarkisyan Facebook-da yazıb.

Arzumanyan 1 sentyabr 2022-ci ildən həbsdədir. Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsi Arzumanyanı 2020-ci ilin payızında Şuşa şəhərinin "müdafiəsi" zamanı səhlənkarlıqda ittiham edir. 

General-leytenant Arzumanyan 2020-ci ilin oktyabrında Qarabağdakı separatçıların ordusunun komandiri təyin edilib və 2021-ci ilin sentyabrında vəzifəsindən azad edilib.

Xəbər xətti