"Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior İspaniya Premyer Liqasının 10-cu turunda "Barselona"ya qarşı oyunda əvəzləndikdən sonra klubdan ayrılmaq planlarını baş məşqçi Xabi Alonsoya açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bazar günü "Real Madrid" evdə "Barselona"nı 2-1 hesabı ilə məğlub edib. Vinisius 72-ci dəqiqədə əvəzlənib. Məlumata görə, Vinisius qərara emosional reaksiya verərək Alonsoya dedi: "Niyə həmişə mən? Klubdan gedirəm, gedirəm".
25 yaşlı Vinisius 2018-ci ildən "Real Madrid"də oynayır.