Mbappe İslandiya ilə oyunu buraxacaq

08:03 - 11 Oktyabr 2025 - İDMAN

"Real Madrid"in hücumçusu və Fransa yığmasının kapitanı Kilian Mbappe zədə səbəbindən DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə keçiriləcək oyunu buraxacaq.

Ucnoqta.az-ın məlumatına görə, AFP məşqçilər korpusuna istinadən xəbər verir.

Bildirilir ki, Mbappe oktyabrın 10-da Azərbaycanla ev oyununda aldığı sağ topuqdan zədələndiyi üçün oktyabrın 13-də keçiriləcək oyunda iştirak etməyəcək. O, oktyabrın 4-də İspaniya Premyer Liqasının səkkizinci turunun “Vilyarreal”la görüşündə də oxşar zədə alıb.

Xəbər xətti