"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi Böyük Futbol Liqasının (MLS) müntəzəm mövsümündə "New England Revolution"a qarşı ev oyununda üç məhsuldar ötürmə edib.
Ucnoqta.az xəbər verir ki, qarşılaşma 4-1 hesabı ilə başa çatıb. Komandanın ilk üç qolunda Messinin rolu olub.
Messi 24 qol və 18 məhsuldar ötürmə ilə müntəzəm mövsümün bütün zamanların bombardiri və asist siyahısına başçılıq edir.