2026-cı il dünya çempionatının finalına ən ucuz biletin qiyməti 2030 dollardır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Biletlər dörd kateqoriyaya bölünür. Finala birinci kateqoriyalı bilet 6370 dollar, ikinci kateqoriya 4210 dollar, üçüncü kateqoriya 2790 dollar, dördüncü kateqoriya 2030 dollardır.
Oyun ABŞ-nin Nyu-Cersi ştatındakı MetLife stadionunda keçiriləcək.
Mexikoda keçirilməsi planlaşdırılan açılış matçının biletləri 370 dollardan (ən aşağı kateqoriya) başlayır. Birinci kateqoriyalı bir biletin qiyməti 1825 dollar olacaq.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Oyunlara ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.
Turnirdə 48 komanda iştirak edəcək.