Sumqayıtda avtobusla minik avtomobili toqquşub

08:57 - 2 Oktyabr 2025 - ÖLKƏ İÇİ

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az-ın məlumatına görə, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Abışov Arzu Şubay oğlunun idarə etdiyi "Hyundai" markalı avtobusla, 1962-ci il təvəllüdlü Hüseynova İradə Əlihüseyn qızının idarə etdiyi "Kia" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində hər iki sürücü, eləcə də avtobusun sərnişini – 1990-cı il təvəllüdlü Abşeron rayon sakini Məmmədov Tural Arif oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti