Qəzzada daha 85 fələstinli həlak olub

05:21 - 2 Oktyabr 2025 - DÜNYA

İsrailin Qəzza sektorunu atəşə tutması nəticəsində son 24 saat ərzində ən azı 85 fələstinli həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, anklavın şimal hissəsinə hücumlar nəticəsində azı 53, mərkəzi hissəsində daha 28, cənubda isə dörd nəfər həlak olub.

180-dən çox yaralı xəstəxanalara çatdırılıb.

Qəzza Səhiyyə Nazirliyinin son 24 saat ərzində aclıqdan iki ölüm faktı qeydə aldığı da bildirilib. Ölənlərdən biri uşaqdır.

Anklavda aclıqdan ölənlərin ümumi sayı 455-ə çatıb ki, onlardan 150-dən çoxu uşaqdır.

Xəbər xətti