Paşinyan müxalifətin ona qarşı “hibrid müharibə” apardığını bəyan edib

20:01 - 1 Oktyabr 2025 - DÜNYA

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, müxalifət son illər onun hökumətinə qarşı “hibrid müharibə” aparıb, hətta babasına nasist tərəfdarı damğası vurmağa qədər gedib çıxıb.

Ucnoqta.az xəbər verir ki, Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
“Qulaq asın, 2020-2021-ci illərdə bizə qarşı başlayan kimi hibrid müharibə heç vaxt olmayıb və olmayacaq. Babamın İkinci Dünya Müharibəsində faşistlərin tərəfini tutduğuna görə vətən xaini adlandırılmasından başlayaraq”, - baş nazir vurğulayıb.

Baş nazir müxalif deputatın Paşinyanı dövlət xaini adlandırdığı müsahibəyə də münasibət bildirib və qanunvericinin onun iddialarını təsdiq edən sübutlar dərc etməməsinin səbəbini soruşub.
“Əgər əlinizdə belə faktlar varsa, niyə dərc etmirsiniz? baş nazir bildirib.

Xəbər xətti