Fələstinin HƏMAS hərəkatı Amerika liderinin təkliflərinin ən azı iki bəndini rədd etdiyi üçün ABŞ prezidenti Donald Trampın Qəzza zolağında nizamlanma planı ilə razılaşa bilməyəcək.
Ucnoqta.az xəbər verir ki, bu fikri radikal hərəkatın nümayəndəsi deyib.
“Trampın planı İsrailin maraqlarına xidmət edir və Fələstin xalqının ehtiyaclarına məhəl qoymur” -İordaniyanın “Roya News” xəbər portalına istinadən HƏMAS nümayəndəsi bildirib.
O, əmindir ki, HƏMAS Trampın irəli sürdüyü ən azı iki bəndlə razılaşmayacaq. Birincisi, bu, HƏMAS silahlılarının tərksilah edilməsinə, ikincisi, xarici qoşunların Fələstin anklavında yerləşdirilməsi təklifinə aiddir.
HƏMAS nümayəndəsinin sözlərinə görə, hərəkat xarici qoşunların zolağa daxil edilməsinə yeni işğal forması kimi baxır.