Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları bu ilin sentyabr ayında miqrasiya qanunvericiliyini pozaraq ölkədə yaşayan 107 əcnəbini deportasiya edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Gürcüstandan Azərbaycan, Banqladeş, Misir, Hindistan, İordaniya, İran, Kamerun, Myanma, Nepal, Nigeriya, Pakistan, Rusiya, Suriya, Sudan, Türkiyə və Efiopiya vətəndaşları deportasiya edilib.
Bu ilin 9 ayı ərzində Gürcüstandan ümumilikdə 852 qeyri-qanuni mühacir deportasiya edilib.
Daxili İşlər Nazirliyi onu da açıqlayıb ki, parlamentin bu ilin iyununda qəbul etdiyi miqrasiya qanunvericiliyinə dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək.Yenilik qanunsuz miqrasiyaya qarşı mübarizəni daha da gücləndirəcək.