Çin və İran nüvə probleminin həlli yollarını müzakirə edirlər

08:10 - 25 Avqust 2025 - DÜNYA

Çinin xarici işlər nazirinin müavini Ma Zhaoxu İran tərəfinin dəvəti ilə İran xarici işlər nazirinin müavini Qərib Abadi ilə telefon danışığı aparıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə avqustun 24-də Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Söhbətin əsas mövzusu İranın nüvə proqramı ətrafında vəziyyət olub.

Ma Zhaoxu qeyd edib ki, məsələ kritik yol ayrıcındadır və diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Abadi öz növbəsində, Pekinin sülh təşəbbüslərinin təşviqindəki rolunu yüksək qiymətləndirib və davamlı həll yolu tapmaq üçün Tehranın "Çin ilə əlaqə və koordinasiyanı daha da gücləndirməyə" hazır olduğunu bildirib.

Xəbər xətti