Lənkəranda lift qırıldı, işçi xəsarət aldı

13:21 - 15 Avqust 2025 - Xəbər

Lənkəranda çay fabriklərindən birində işçi istehsalat qəzası nəticəsində xəsarət alıb.

Ucnoqta.az report-a istinadla xəbər verir ki, hadisə rayonunun Sütəmurdov kəndində qeydə alınıb.

Lənkəranın Aşağı Nüvədi kənd sakini, 1969-cu il təvəllüdlü Bəxtiyar Məmmədov liftdən yıxılaraq xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

İlkin ehtimala görə, B.Məmmədov müəssisənin liftinin qırılması nəticəsində xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti