Avqustun 16-da Azərbaycanın bəzi yerlərində yağış yağacağı gözlənilir.
Bu barədə Ucnoqta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə +21 dərəcədən +25 dərəcəyədək, gündüz +28 dərəcədən +31 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə +20 dərəcədən +24 dərəcəyədək, gündüz +29 dərəcədən +34 dərəcəyədək, dağlarda gecə +13 dərəcədən +18 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq