Bakı Dəmiryol Vağzalında parklanma sahəsinin fəaliyyəti müvəqqəti dayandırılır

17:18 - 14 Avqust 2025 - Xəbər

“Bakı Metropoliteni” QSC tərəfindən 200 metrə yaxın tunelin inşasına hazırlıq işləri çərçivəsində “28 May” metro stansiyası ətrafında, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Dəmiryol Vağzalının yaxınlığında havalandırma şaxtasının tikintisinə başlanılır.

Bu barədə ADY-dən bildirilib.

Tikinti meydançalarından biri Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsində sərnişinlər üçün qarşılama və yola salma məqsədilə yenidən qurulmuş avtomobil parklanma sahəsində yerləşir.

Təhlükəsizlik tələblərinin yerinə yetirilməsi məqsədilə ərazi hasarlanacaq, 18 avqustdan etibarən parklanma xidməti müvəqqəti olaraq dayandırılacaq.

Sərnişinlər vağzal ərazisinə parklanma sahəsindəki şlaqbaumun yuxarı hissəsindən və digər girişlər vasitəsilə daxil ola biləcəklər.

Tikinti işləri Bakı Dəmiryol Vağzalının fəaliyyətinə və ADY-nin qatarlarının qrafik üzrə hərəkətinə maneə yaratmayacaq./apa

Xəbər xətti