Latviya hökuməti Ukraynanın ehtiyacları üçün Amerika silahlarının alınmasına azı 2 milyon avro ayıracaq.
Ucnoqta.az xəbər verir ki, bunu Baltik Respublikasının baş naziri Evika Silina deyib.
Baş nazir bildirib ki, Latviyanın bu təşəbbüsə ayıracağı maliyyə həcmi hələ dəqiqləşdiriləcək, lakin bu, 2 milyon avrodan az olmayacaq.
Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, Riqa Kiyev üçün həm hava hücumundan müdafiə sistemləri, həm də digər zəruri silahlar alacaq.