Bu gün saat 12 radələrində Oğuzda bədbəxt hadisə baş verib.
Ucnoqta.az xəbər verir ki, rayonun Xalxal kəndində Qəbələ rayonu Abrıx kənd sakini 1991-ci il təvəllüdlü Elnur Şümüd oğlu Mustafayev kəsilən ağacın altında qalıb.
Meşəlik ərazidə baş verən hadisə nəticəsində 34 yaşlı kişi yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.