İsrail Suriya ilə sərhəddə əlavə qüvvələr göndərəcək

14:28 - 16 İyul 2025 - DÜNYA

İsrail ordusu Suriya ilə sərhəd bölgəsindəki bölmələrini gücləndirəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə İDF-nin sözçüsü məlumat yayıb.

“Vəziyyətin qiymətləndirilməsinə əsasən, Suriya sərhədində İDF qüvvələrinin artırılması barədə qərar qəbul edilib”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, İsrail hərbçiləri vəziyyəti mütəmadi olaraq qiymətləndirir, bundan sonra bu qiymətləndirmələrə uyğun olaraq müxtəlif ərazilərdə əməliyyat tapşırıqlarını yerinə yetirmək üçün lazımi qüvvələrin tərkibi müəyyənləşdirilir.

Xəbər xətti