Xabarovsk diyarında Mi-8 qalıqlarının tapıldığı yerdə beş nəfərin cəsədi tapılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyat üzrə İstintaq Komitəsi məlumat yayıb.
Daha əvvəl məlumat yayılmışdı ki, Oxotskdan Maqadana gedərkən itkin düşən Mi-8 helikopterinin göyərtəsində olanların hamısı qəza nəticəsində həlak olub.
Məlumata görə, helikopter təpəyə çırpılıb.