Azərbaycanda kütləvi dava - Xəsarət alanlar var

11:06 - 16 İyul 2025 - Xəbər

Goranboyda kütləvi dava-dalaş olub.

Ucnoqta.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Veyisli kəndində qeydə alınıb.

Kənd sakinləri Elşad Abuzərov, Turac Zeynalov və Elbəyi Mustafayev bir-birilərinə müxtəlif alətlərlə xəsarət yetiriblər.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma başlanılıb.

Xəbər xətti