Yunanıstan sakini 91 yaşlı anasına qarşı zorakılıq etməkdə şübhəli bilinir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ant1live məlumat yayıb.
Hadisə qadının qızı Trikala kəndlərindən birinə baş çəkməyə gələndən sonra məlum olub. Söhbət zamanı ana hadisəni ona danışıb, bundan sonra qonaq polislə əlaqə saxlayıb. Bundan sonra zərərçəkənin 67 yaşlı oğlu həbs edilib.
"İlkin məlumatlara görə, 91 yaşlı qadını müayinə edən məhkəmə-tibb eksperti heç bir zorlama izi aşkar etməyib", - nəşr yazır.
Zərərçəkənin oğlunun cinayəti etiraf etdiyi məlum olub. Şübhəlinin psixi xəstəliyi var, lakin təfərrüatları açıqlanmır.